Modern.az

Londondan Hindistana uçan təyyarə Bakıya təcili eniş edib

Londondan Hindistana uçan təyyarə Bakıya təcili eniş edib

25 Yanvar 2016, 10:32


Bakının Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş etmiş Air India aviaşirkətinə məxsus təyyarə bazar ertəsi səhər Mumbaya uçub.

Bu barədə Modern.az-a "Azərbaycan Hava Yolları" QSC-dən bildiriblər.

London-Mumbay marşrutu üzrə uçan, göyərtəsində 229 sərnişin olan Boeing Dreamliner (B787-800) təyyarəsi sərnişinlərdən birinin halı pisləşdiyindən məcburi eniş etmişdi.

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir