Modern.az

Bakıya gələn qatarın daşa basılması barədə AÇIQLAMA: 6 nəfər...

Bakıya gələn qatarın daşa basılması barədə AÇIQLAMA: 6 nəfər...

25 Yanvar 2016, 10:51

 

“Şəmkirdə Ağstafanın Böyük Kəsik stansiyasından Bakı istiqamətində hərəkət edən sərnişin qatarının daşa basılması bir həftə əvvəl baş verib”.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Modern.az saytına bildirib ki, hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır: “Hadisə nəticəsində qatarın 14 ədəd şüşəsi sınıb, 6 nəfər isə zərər görüb. Gecə saatlarında baş verən xoşagəlməz hadisə Şəmkir rayonu ərazisində Zəyəm stansiyasından 500 metr aralıda qeydə alınıb”.

N.Əzməmmədov bildirib ki, hadisə Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırıldıqdan, nəticələr əldə olunduqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Hadisədən sonra stansiya növbətçisi Cavanşir Əsədovun verdiyi məlumata görə, Sabirkənd ərazisində bir neçə naməlum şəxs gözlənilmədən Bakı-Qazax-Böyük Kəsik qatarına daş və başqa predmetlər atmağa başlayıb, nəticədə qatar bələdçisi də daxil olmaqla 6 nəfər zərər çəkib.

Hadisə yerinə dərhal Şəmkir Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub. Zərərçəkənlərdən 3-nün həyəcandan vəziyyəti pisləşib, onlara sakitləşdirici həblər verilib, qatar bələdçisi və 2 nəfər - 19 yaşlı Aynurə Nəbiyeva və 39 yaşlı Fuad Daşdəmirovun xəsarətləri ciddi olduğundan həkimlər yaralılara stansiyada yardım göstəriblər.

Sonuncu iki nəfər atılan daşlardan bədən xəsarətləri alıb. Qatar bir qədər geciksə də, sərnişinlər paytaxta rahat şəkildə yola düşə biliblər.  

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir