Modern.az

Ölkədə “donuz qripi” şübhəsi ilə nümunə götürülənlərin sayı açıqlandı

Ölkədə “donuz qripi” şübhəsi ilə nümunə götürülənlərin sayı açıqlandı

Təhsil

25 Yanvar 2016, 11:56


““Donuz qripi”nə görə bu günə qədər 110 şəxsdən nümunə götürülüb”.

Bu barədə Modern.az-a açıqlamasında Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, Rita İsmayılova deyib. O qeyd edib ki, onlara hər yaşdan olan şəxslərdən nümunələr göndərilib.

“Hər yaş qrupundan olan insanlardan-uşaqlardan, böyüklərdən bizə nümunələr göndərilib. Lakin hələki götürülən nümunələrdə “donuz qripi” aşkarlanmayıb. Tədbirlər ciddidir, zəruridir, bu məsələlərə ciddi yanaşırıq və xəstəlik nəzarət altındadır”.   R.İsmayılova qeyd edib ki, “donuz qripi”nə qarşı tədbirlərin görülməsi məqsədi ilə səhiyyə nazirinin müavini “Abbas Vəlibəyovun əmri var.  

“Əmrə əsasən ambulator poliklinik müəssisələrin, eləcə də yoluxucu xəstəxanaların şöbələrinin işçilərinin qoruyucu maskalarla təmin olsunması, xəstələrlə təmasda olan və onlara qulluq göstərən şəxslərin xəstələyin inkubasiya dövründə tibbi müşahidədə saxlanılması göstərilib. Eyni zamanda əmrdə respublikanın şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinə tapşırılıb ki, məktəbəqədər uşaq müəssisələrinin və məktəblərin girişlərində xüsusi göstərişədək tibbi müşahidə, filtr təşkil olunması və qrip xəstəliyinə şübhəli uşaqlar aşkar olunduqda dərhal sağlam uşaqlardan təcrid edilməsi lazımdır.  

Əmrdə göstərilib ki, xəstəliyin profilaktikası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış yaddaş vərəqəsi tibb müəssisələrinə və kütləvi informasiya vasitələrinə, həmçinin əhali arasında paylansın. Bakı şəhəri,  Sumqayıt və eləcədə Gəncə şəhəri də daxil olmaqla gigiyena və epidemiologiya mərkəzlərinə tapşırılıb ki,  məktəbəqədər uşaq müəssisələri və məktəblərdə əvvəlcədən hazırlanmış cədvəl üzrə dezinfeksiya tədbirləri aparılsın.

Dərman preparatları, fərdi qoruyucu vasitələri ilə həm tibb müəssisləri təmin edilsin, eləcə də xəstələrdən nümunələrin götürülməsi üçün xüsusi ariqatorlar, həmçinin labarator diaqnostikası üçün testlər və xəstəliyin müalicəsi üçün dərman preparatları bütün tibb müəssisələrinə çatdırılsın. Respublika Taun Əleyhisə Stansiyaya labarator testlər üçün daim testlər verilsin.

Eləcə də Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına tapşırılıb ki,  ağır, kəskin resperator  infeksiyaları olan xəstələri Kliniki Tibbi Mərkəzə, 7 nömrəli Uşaq Yoluxu Xəstəxanasına aparılsın. Bir qədər ağır xəstələr Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstituuna aparılsın və onların müalicəsi barədə hər gün Səhiyyə Nazirliyi məlumatlar ötürülsün.  

Artıq bu göstərişlərlə bağlı işlərə başlanılıb və xəstəxanalar lazımi dərman preparatları və qoruyucu vasitələrlə təmin olunub”.

Aytən ZƏHRA    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir