Modern.az

ATV-nin aparıcısı ANS-lə bağlı məhkəmə qərarından şikayət edib

ATV-nin aparıcısı ANS-lə bağlı məhkəmə qərarından şikayət edib

Təhsil

25 Yanvar 2016, 11:55

Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin (ATV) tanınmış aparıcısı İlkin Həsəni ilə ANS Müstəqil Yayım və Media Şirkəti arasında məhkəmə çəkişməsi Bakı Apellyasiya Məhkəməsində davam edəcək.

"Report" xəbər verir ki, apellyasiya şikayətinə hakim Cəmilə Səfiyevanın sədrliyi ilə yanvarın 28-də baxılacaq. 

Qeyd edək ki, 2015-ci ilin yayında İlkin Həsəni ANS telekanalının ünvanına “facebook” sosial şəbəkəsində təhqiramiz ifadələr yazıb. Həmin statusa görə, ANS şirkəti aparıcını məhkəməyə verərək maddi zərərin, təşkilatın və onun əməkdaşlarının subyektiv hüquqlarının pozulması nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

Nəsimi Rayon Məhkəməsində iddia tələbi qismən təmin edilib.

İ.Həsəni də sosial şəbəkədə ANS şirkətindən üzr istəyib. Lakin məhkəmə qərarı ilə razılaşmayan tanınmış aparıcı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir