Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı işdən çıxıb.
Modern.az xəbər verir ki, bu barədə Ş. Mehmanqızı özünün “Feysbuk” səhifəsində yazıb.
“4 ilə yaxın bir müddətdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində çalışmışam və hər zaman NİİM-in imicinin yüksəldilməsi üçün əlimdən gələni etmişəm. Bu gündən etibarən NİİM-də çalışmıram. NİİM mənim üçün doğmadır və hər zaman da belə olacaq. İş fəaliyyətimə harada davam edəcəyimlə bağlı məlumat verəcəyəm”,-deyə o, qeyd edib.
Modern.az