Modern.az

Azərbaycanlı həkimlərin daha bir uğuru - körpənin həyatını belə xilas etdilər

Azərbaycanlı həkimlərin daha bir uğuru - körpənin həyatını belə xilas etdilər

Təhsil

25 Yanvar 2016, 12:35

 

14 oktyabr 2015-ci il tarixində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinə  26 həftəlik hamiləliyi sonlandırmaq məqsədi ilə ümidsiz halda gələn hamilə qadın burdakı həkimlərin səyi nəticəsində öz körpəsini dünyaya gətirib.

Bu haqda Modern.az-a məlumat verən Tədris Cərrahiyyə Klinikasının Mama-Ginekologiya şöbəsinin müdiri Uzm.Turab Canbaxışov bildirib ki, təcili müdaxilə olmasaydı, uşaq tələf ola bilərdi:

“Pasientimiz  klinikamıza müraciət olunan zaman  ultrasəs müayinəsində döldə sol böyrək kıstasının ölçüsü 88,7 mm-ə çatmışdı. Belə ki, dölün öz bədən uzunluğu 221 mm idi. Dölün sol böyrək kıstası həm qarın boşluğundakı orqanları həm də döş qəfəsindəki ağciyər və ürəyi sıxışdıraraq, ürək fəaliyyətini zəiflətmişdi. Ultrasəs müayinəsində dölün ana bətnində ürək çatışmazlıqdan dərialtı ödem izlənilirdi və ağ ciyərlərin, ürəyin ətrafında maye yığılmağa başlamışdı. Təcili müdaxilə etməsəydik, uşaq tələf ola bilərdi. Bu səbəbdən, dölün sol böyrək kıstasına təcili müdaxilə edərək, tək bir seansla təxminən 235 ml sidik (maye) çəkildi. Kistanın ölçüsü 90 mm-dən 21,8 mm-ə qədər kiçilmişdi və artıq dölün həyatı üçün təhlükə törətmirdi. Ürək, ağciyərlər və qarın boşluğundakı orqanların fəaliyyətləri bərpa olmuşdu. Hamilə xanım hər iki həftədən bir müayinələrə gələrək kistanın ölçüsü qeyd olunurdu və kistanın həcmi böyümədiyi üçün müdaxiləyə ehtiyac olmadı.”

“Hamiləliyin 40-cı həftəsində mama-ginekologiya kafedrasının Dosenti Şölə İsmayılova tərəfindən anaya keysəriyyə əməliyyatı aparıldı və döl sağlam şəkildə dünyaya gəldi. Əməliyyat fəsadsız keçdi, lakin sol böyrək kistası hələ döl 26 həftəsindəykən çox böyük ölçülərə çatdığı üçün göbək dəliyinin tam sağalmamasına səbəb olmuşdu. Ana bətnində müdaxilə edilməsinə baxmayaraq, sidik kisəsi ilə göbək dəliyinin arasında olan axacaq tam qapanmamışdı. Nəticədə uşaq müştərək qüsurla - perforasiya olunmuş  embrional göbək dəliğiylə və sidik kisəsi ilə göbək dəliyi arası fistulası ilə doğulmuşdu”.

Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubova belə uşaqlarda infeksiyalaşma riskinin çox yüksək olduğunu söylədi:

“Bu riski nəzərə alaraq, uşaq cərrahiyyəsi şöbəsinin müdiri  Tibb üzrə fəlsəfə Doktoru  Ramiz  Poluxovla konsilium aparılaraq təcili əməliyyata qərar verildi. Uşaq neonatoloji reanimasiyada əməliyyata hazırlandı və əməliyyata götürüldü. Əməliyyatda həm embrional yırtıq ləğv olundu,  həm də sidik kisəsi ilə göbək dəliyi arasında olan həddindən artıq geniş fistula ayrılaraq tikildi. Əməliyyat uğurla başa çatdı. Əməliyyatda iştirak edən böyük briqadanın operativliyi və profesionallığı nəticəsində bütün risklərin qarşısı alındı və hər bir lazımi neonatoji tədbirlər görüldü. Hal-hazirda körpənin vəziyyəti yaxşıdı, həkim neonatoloqların nəzarəti altındadır və evə buraxılması üçün hazırlıqlar görülür”.


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir