Portuqaliyada ötən gün keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.
Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, mərkəz-sağ qüvvələrinin namizədi Marselo Rebero de Souza səslərin 52%-ni toplayaraq qalib olub.
67 yaşlı prezident dərs dediyi Lissabon universitetinin Hüquq fakultəsində çıxış edərək yeni iqtisadi və sosial siyasət yürüdəcəyini elan edib.
90-cı illərdə de Souza Portuqaliya televiziyasında teleaparıcı kimi çalışıb. Onun ən yaxın rəqibi sosialist Antonio Sampayo da Navoa isə yalınz 23% səs toplayıb.
Vüqar İsmayılov