ATƏT ilə Azərbaycan arasında mühüm əməkdaşlıq mövcuddur.
Trend-in məlumatına görə, bunu ATƏT PA-nın vitse-prezidenti Georgi Tsereteli jurnalistlərə bildirib.
Vitse-prezident qeyd edib ki, ATƏT PA Azərbaycandakı seçkiləri müşahidə edən ən başlıca təşkilat olub: "Bu missiyanın səfəri zamanı da danışıqlar nəticəsində əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik. Azərbaycan Avropa üçün böyük əhəmiyyət kəsb edən ölkədir".
G.Tsereteli əlavə edib ki, bu səfər cərçivəsində münasibətlərdə irəliləyişlər baş verəcək.
Onun sözlərinə görə, ATƏT son dövrlərdə cəbhə xəttində yaranmış gərginlikdən narahatdır.
ATƏT PA-nın vitse-prezidenti Georgi Tsereteli deyib ki, münaqişənin yeganə həll yolu ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar aparmaqla sülh yolu ilə həll edilməsidir.