Modern.az

DİN “Odlar Yurdu” Universitetindəki müdhiş oğurluqla bağlı məlumat yaydı

DİN “Odlar Yurdu” Universitetindəki müdhiş oğurluqla bağlı məlumat yaydı

Təhsil

25 Yanvar 2016, 13:39

Daxili İşlər Nazirliyi “Odlar Yurdu” Universitetində baş verən oğurluqla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sübhan Ələkbərov tutulub.

O, yanvarın 9-da “Odlar Yurdu” Universitetindəki xidməti otaqlardan birindən içərisində 83375 manat və 219900 ABŞ dolları olan seyfi oğurlamaqda təqsirli bilinir.


Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?