Rusiyada adam öldürməkdə təqsirləndirilən şəxs Azərbaycanda yaxalanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a məlumat verilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Vahid Əsgərov tutulub, ondan nömrəsi silinmiş “TT” markalı tapança da götürülüb.Modern.az