Modern.az

Terror qruplaşmasının Rusiya planları üzə çıxdı

Terror qruplaşmasının Rusiya planları üzə çıxdı

Təhsil

26 Yanvar 2016, 11:14


Rusiya xüsusi xidmət orqanları ölkədə irimiqyaslı terror aktları planlaşdıran terrorçuların adlarını əldə edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2013-cü ildsən Suriyada vuruşan İslambəy adlı döyüşçü vətəninə geri döndükdən sonra məhkəmə qarşısına çıxarılmışdı.

Lakin cəzasının yüngülləşdirilməsi qarşılığında İslambəy Suriyada döyüşən Rusiya vətəndaşlarının hərbi birləşmələri, onların strukturu və üzvü olduğu “Ceyş əl-Mühacirin vəl-Ənsar” qruplaşmasının teror planları barədə etiraflar edib.

Keçmiş döyüşçünün ifadələri əsasında Rusiyada terror planlaşdıran onlarla şəxsin adı Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına məlum olub.

Rusiya xüsusi xidmət orqanlarının məlumatına görə, 280-dən artıq Rusiya vətəndaşı Suriyada döyüşür. Vətənlərinə geri dönən daha 889 döyüşçü isə məhkəmə qarşısına çıxarılıb.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir