“Xırdalan şəhəri 9 nömrəli orta məktəbdə şagirdi döyən ibtidai sinif müəlliməsi Sevda Rüstəmovaya şiddətli töhmət verilib”.
Bu barədə Modern.az-a açıqlamasında Abşeron Rayon Təhsil şöbəsinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev deyib. O qeyd edib ki, bu gün saat 12-də məktəbin Pedoqoji Şurasında keçirilən iclasda müəllimə Sevda Rüstəmovaya şiddətli töhmət elan olunub, məktəb direktoru Həcər İbrahimovaya isə xəbərdarlıq edilib.
“Əgər bu kimi hal yenidən təkrarlanarsa, onda başqa tədbirlər görüləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videokadrda Abşeron rayonu, Xırdalan şəhərindəki 9 nömrəli məktəbdə müəllimin şagirdə zor tətbiq etdiyi görünür.
Aytən ZƏHRA