Modern.az

İstixana sahibi “Azəriqaz” əməkdaşını döyərək onurğasını sındırıb

 İstixana sahibi “Azəriqaz” əməkdaşını döyərək onurğasını sındırıb

26 Yanvar 2016, 21:47

 

“Azəriqaz” İstehsalat Birliyi əməkdaşları tərəfindən Bakının Xəzər rayonu Türkan qəsəbəsində təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş növbəti yoxlamalar aparılıb. Xidməti vəzifəsini yerinə yetirən birlik işçisi abonent tərəfindən təzyiqə məruz qalıb". 

Bu haqda Modern.az saytına məlumat verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev hazırda əməkdaşın xəstəxanada müalicə aldığını bildirib.

O qeyd edib ki, aparılan yoxlamalar zamanı Xanlar küçəsində yaşayan Mayılov Məmmədağanın həyatyanı sahəsində yerləşən istixanaya sayğacdan kənar çəkilmiş qaz xətti aşkar olunub:

"Qeyri-qanuni qaz kəmərinin ləğvi zamanı M.Mayılov, onun övladları Samir və Rəfael tərəfindən Birliyin Təmir-tikinti İdarəsinin 4 saylı Qəza-təmir bərpa xidmətinin qaz qaynaqçısı Məhərrəmov Məhərrəm Qamət oğlu döyülərkən ona ağır bədən xəsarətləri yetirilib. Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən əməkdaşımıza ilkin olaraq onurğa sütununun 12-ci fəqərəsinin qırılması diaqnozu qoyulub".

Faktla bağlı Xəzər RPİ 1-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir