Modern.az

“Azəryolservis”: "Nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub"

“Azəryolservis”: "Nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub"

27 Yanvar 2016, 10:00


“Hal-hazırda respublikanın avtomobil yollarında, o cümlədən Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub”.

Bu haqda Modern.az saytına məlumat verən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolların qardan təmizlənməsi, buzlaşmış ərazilərə duz, qum səpilməsi məqsədi ilə qurumun texnika, maşın-mexanizmləri səfərbər olunaraq gücləndirilmiş iş rejimində çalışırlar”.

O qeyd edib ki, dağlıq ərazilərdə hələ də qarın yağması davam etdiyindən və güclü şaxta olduğundan yollarda nəqliyyatın təmin olunmuş normal hərəkətinin fasiləsizliyini saxlamaq məqsədi ilə durmadan işlər davam etdirilir.

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir