Modern.az

Son sutkada 12 yol qəzası olub, 4 nəfər ölüb, 16 nəfər yaralanıb

Son sutkada 12 yol qəzası olub, 4 nəfər ölüb, 16 nəfər yaralanıb

27 Yanvar 2016, 10:49

“Respublikada qarlı, şaxtalı hava şəraitinin hökm sürməsinə baxmayaraq, ölkədə tam bağlanan yol yoxdur, nəqliyyatın hərəkəti təmin edilib”.

Bu haqda Modern.az saytına məlumat verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, hazırda Mərəzə, Qusar rayonlarında və Ağsu dolaylarında yollar buz bağlayıb:

“Həmçinin, Cəlilabad və Masallı rayonlarında qar yağır, amma yollarda nəqliyyatın hərəkəti davam edir”.

Yol polisinin sözçüsü sürücü və piyadaları təhlükəli, qarlı və buzlu yollarda hərəkət edərkən maksimum diqqətli olmağa çağırıb.

Ümumilikdə yanvarın 26-da respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb. Onlardan 3 ölüm və 3 xəsarət faktı məhz yolların buzlu olması səbəbindən avtomobillərin sürüşməsi nəticəsində baş verib.

K.Əliyev bildirib ki, hazırda respublikanın avtomobil yollarında, o cümlədən Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir