Modern.az

Gömrükdə xidmət haqqı endirildi - bəyannamələrin tərtibinə görə

Gömrükdə xidmət haqqı endirildi - bəyannamələrin tərtibinə görə

27 Yanvar 2016, 12:15


Dövlət Gömrük Komitəsi (DGK) gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqını endirib.

Komitədən Modern.az-a verilən məlumata görə, Azərbaycan Prezidentinin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq DGK tərəfindən 27 yanvar 2016-cı il tarixdən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edilib.

Bu səbəbdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 AZN-ə (ƏDV daxil deyil) endirilib.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir