Avropadakı ABŞ hərbi qüvvələri komandanlığı yaxın illər üçün əsas xarici prioritetlərini açıqlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanlığın saytında yaxın 3-5 il ərzində 6 əsas hədəfin müəyyən olunduğu bildirilib.
Avropadakı ABŞ hərbi komadnalığı (EUCOM) birinic dərəcli vəzifə kimi Rusiyanın aqressiyasını dayandırmağı qarşısına məqsdə qoyub. Digər prioritetlər arasında NATO tərkibində əməkdaşlığı davam etdirməyi, regionadakı strateji müttəfiqlərlə Amerika arasında əlaqələrin inkiaşf etdirilməsi, transmilli təhlükələr qarşı mübarizə və Şərqi Avropada təhlükəsizliyin möhkəmləndirilməsi dayanır.
“Rusiya ilə narkotik maddə dövriyyəsi və terrorizmlə mübarizə sahəsindəki əməkdaşlığımız bu ölkənin müqavilələri pozaraq qonşu Avropa ölkələrinin suverenliyinə hörmətsizlik edir. Rusiya aqressiyası NATO-nun Avropadakı müttəfiqlərinə təhlükə törətdiyi üçün Avropadakı ABŞ hərbi komandanlığı (EUCOM) rusların aqressiyasının qarşısını almaq üçün başlıca qüvvə olacaq”.
Pentaqonun Avropa qanadı Rusiyadan qaynaqlanan təhlükələrə görə NATO çərçivəsində hərbi təlimlərin sayını da artıracaq.
Digər tərəfdən transmilli təhlükələr arasında ekstremizm, kibercinayətkarlıq, kütləvi qırğın silahı istehsalı və infeksiya xəstəlikləri də daxil edilib.
Vüqar İsmayılov