“Magistrantrların 25-30 faizi təhsillərini aspiranturada davam etdirmirlər. Magistr təhsilində əsas hədəf elmə gələnlərin sayını artırmaqdır”.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil Komitəsinin sədri isa Həbibbəyli qurumun “Elm haqqında” qanun layihəsinin müzakirəsi məqsədilə keçirilən bugünkü iclasında deyib. O qeyd edib ki, Milli Elmlər Akademiyası və onun institutlarında magistratura 2 hissədə olmalıdır:
1) İxtisas və peşə yönümlü magistrlər
2) Tətqiqatçı magistrlər
“Biz bu addımı atmaqla elmin inkişafına, tövhə verə bilərik. Çünki ixtisasçı magistrlərlə yanaşı, tətqiqatçı magisrtlərin sayının artırılması gələcək elmin inkişafına birbaşa səbəb olacaq”.
İ.Həbibbəyli bildirib ki, Azərbaycanda elmi tədqiqatçılara ekspert statusu veriləcək. Onun sözlərinə görə, bununla da tədqiqat universitetinin elmi işçiləri Dövlət proqramlarının hazırlanmasına, layihələrin elmi araşdırılmasına cəlb ediləcəklər.
Komitə sədrinin sözlərinə görə, bu, elmi işçilərin elmi fəaliyyətlə məşğul olmasını stimullaşdıracaq. Çünki elmi işçilər dövlət proqramlarına cəlb olunmaqla əlavə gəlir əldə edəcəklər. Dövlət isə müxtəlif proqramların hazırlanmasında digər mütəxəssislərlə yanaşı elmi işçilərin fikirlərindən də faydalana biləcək.
İsa Həbibbəyli həmçinin bildirib ki, Tədqiqat İnstitutlarına alınan avadanlıqların, elmi təcrübə aparatlarının vergidən tam azad olunması lazımdır. “Çünki onsuz da maliyyə baxımından çətinlik çəkən elmi tətqiqat müəssisələri bir tərəfdən də bu avandalıqlara görə vergi ödəməsi elmin inkişafını ləngidir. Həmçinin elm və təhsil müəssisələrində, tədqiqat institutlarında ixtira və kəşfləridən yaranan sahibkarlıq subyektlərinin də vergidən azad olunması yaxşı olar. Çünki əgər hansısa alim, yaxud mütəxəssis ixtirası və əldə etdiyi kəşfindən, yaxud satdığı nədənsə vergi ödəyəcəks,ə bu onun üçün əlavə maliyyə problemi yaradacaq. Vergidən azad olunsa isə təbii ki, bu həmin insanların gələcək də daha da elmi kəşflərinə stimul verəcək”
Ağa Ağkifoğlu