Modern.az

Əhməd Vəliyev: “Ölkədən niyə qaçmalıyam, hazırda iş yerimdəyəm” - AÇIQLAMA

Əhməd Vəliyev: “Ölkədən niyə qaçmalıyam, hazırda iş yerimdəyəm” - AÇIQLAMA

27 Yanvar 2016, 15:58

“Odlar Yurdu” Universitetinin təsisçisi və rektoru, Milli Məclisin sabiq üzvü Əhməd Vəliyevin ölkədən qaçması ilə bağlı xəbərlər yayılıb. Sabiq deputatın "MTN işi" ilə bağlı ölkədən qaçdığı bildirilir.

Amma Modern.az saytına açıqlama verən Əhməd Vəliyev bildirib ki, hazırda Bakıda, öz işinin başındadır.

“Mən hazırda öz iş yerimdəyəm. Universitetdə imtahanlar gedir, onlarla məşğulam. Bəzi mətbuat orqanlarına demək istəyirəm ki, onlar sifarişi yerinə yetirməklə özlərini biabr edirlər”.

Son vaxtlar Bakıdan çıxmadığını deyən rektor bildirib ki, onun haqqında deyilənlər şər, böhtan, iftiradır.

“Mən ümumiyyətlə Bakıdan çıxmamışam, paytaxtdayam. O xəbəri yayanlara cavab verməyi özümə lüzum görmürəm”.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir