Modern.az

BMT-nin Baş katibi Azərbaycana gəlir

 BMT-nin Baş katibi Azərbaycana gəlir

Təhsil

27 Yanvar 2016, 20:17

 

Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının (BMT SA) bu ilin aprel ayında Bakıda keçiriləcək 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin 2-ci iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən Modern.az saytına verilən məlumata görə, bu barədə məlumatı Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev bildirib.

Ə.Qarayev bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansı ilə ikitərəfli sənədlər təsdiq olunub və qüvvəyə minib.

Artıq Forumun loqotipi təsdiqlənib və veb-saytı (baku.unaoc.org) istifadəyə verilib. Nazir 50-dək ölkənin rəhbərlərinə dəvətnamələrin göndəriləcəyini bildirib.

Qeyd olunub ki, forumda yüksək səviyyəli dövlət nümayəndələrinin iştirakı nəzərdə tutulur. İki gün ərzində 40 tədbir keçiriləcək və bunun üçün lazımi şərait yaradılıb.

Ə.Qarayev qeyd edib ki, Forum çərçivəsində aprelin 25-də gənclərlə bağlı tədbirdə BTM-nin Baş katibi Pan Gi Munun da iştirak etməsi gözlənilir.

Bildirilib ki, fevralın 20-də BMT nümayəndə heyətinin Bakıya səfəri nəzərdə tutulur.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir