Xalq artisti Aygün Kazımova bir neçə gün əvvəl özünə təmtəraqlı şəkildə doğum günü keçirib.
Modern.az xəbər verir ki, doğum günündən açıq-saçıq şəkillərini “Instagram” sosial şəbəkəsində paylaşan xalq artisti izləyicilərinin tənqidi ilə qarşılaşıb.
Daha sonra isə Aygün Kazımova onun paylaşdığı şəkillərinin altında xoşagəlməz şərh yazanlara belə bir cavab verib:
“Hər birinizin mənfi rəyi, mənim belə bir yerimə”.
Bu sözlər isə artıq 2 gündür geniş ictimaiyyətdə müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Aygün Kazımova fikirlərinin düzgün başa düşülmədiyini deyib və fikrini şeirlə davam etdirib:
“Hər birinizin mənfi rəyi,
Mənim belə bir yerimə.
Bir yerimi təhqir saydız.
Mən deyirdim, yəni mənim,
Ürəyimə, ürəyimə, ürəyimə!”.