Modern.az

Bizdə niyə “donuz qripi” yoxdur? - Nazirlikdın açıqlama

Bizdə niyə “donuz qripi” yoxdur? - Nazirlikdın açıqlama

Təhsil

28 Yanvar 2016, 13:52

Bütün dünyada sürətlə yayılan və Azərbaycan sərhədlərinə kimi də gəlib çatan “donuz qripi” istər-istəməz insanlarda təşviş yaradır. Türkiyə, İran, Rusiya, Dağıstan və Gürcüstanda bu qripə yoluxan insanlar barədə məlumatlar açıqlanır.
Azərbaycandan insanlarıın bu ölkələrdə səfər etdiklərini nəzərə alanda, onların qripə yoluxma ehtimalları da artır.

“Donuz qripi”nin Azərbaycanın bir addımlığına yaxınlaşdığı bir məqamda ölkəmizdə bu virusa yoluxanlarının olmaması beyinlərdə şübhələr və suallar yaradır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Modern.az-a açqılamasında bildirib ki, insanların bu cür fikirləşməsi üçün əsas yoxdur.

“Əgər kimsə bu xəstəliyə yoluxubsa, niyə gizlətsin və ya niyə gizlədilsin. Əgər belə hal olarsa, bunu hamı biləcək. Şükür Allaha ki bu günə qədər ölkəmizdə belə fakt olmayıb. Bununla bağlı artıq mətkəblərdə, bağçalarda, dəmiryollarında, metrolarda dezinfeksiya işlərinə başlanılıb. Ciddi nəzarət altında güclü tədbirlər görülür”.

Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova bildirib ki, əvvəlki günlərlə müqayisədə onlara “donuz qripi” şübhəsi ilə daxil olan müraciətlərin sayı azalıb.

“Bizə nümunələr daxil olur, həmin nümunələr kəskin respirator virus simptomlu xəstələrdən götürülüb. Amma onların həcmi artıq azalıb. Hələlik “donuz qripi”nə yoluxanlar yoxdur,  nəticələr mənfidir. Yenə də qabaqlayıcı tədbirlərimiz davam edir, məktəbərdə və bağçalarda dezinfeksiya işləri aparılır. Bu işlər ciddi nəzarət altındadır”.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir