Modern.az

Kanadada himninin sözləri dəyişdirilə bilər - qadınlara görə

Kanadada himninin sözləri dəyişdirilə bilər - qadınlara görə

Təhsil

28 Yanvar 2016, 13:51


Kanada parlamenti ölkə himnini sözlərinin dəyişdirilməsini ciddi müzakirə edir.

Modern.az xarici saytlara istinadən xəbər verir ki, “O, Canada” adlanan milli himndə işlədilən “bütün oğullar” sözü “bütün ölkə sakinləri” ifadəsi ilə əvəzlənə bilər. Bu barədə qanun layihəsi hazırlayan Liberal partiyanın deputatı Moril Belanje himndəki cinsi ayrı-seçkiliyə son qoymaq niyyətində olduğunu deyib.

Kanada 1980-ci ilə qədər  Böyük Britaniyanın rəsmi himni  “Tanrı kraliçanı qoru” himnindən dan isitfadə edib. Həmin il qəbul edilən “O Canada” himni isə ölkə qadınlarının ciddi narazılığı ilə qarşılamışdı.

Vüqar İsmayılov  

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir