Modern.az

“Yaşı 100-ü ötmüş ahıllara xüsusi təqaüd verilsin” - Deputatdan TƏKLİF

“Yaşı 100-ü ötmüş ahıllara xüsusi təqaüd verilsin” - Deputatdan TƏKLİF

Təhsil

28 Yanvar 2016, 14:26

“Mən cavan kadrların işdən atılmasının, ixtisar olunmasının tam əleyhinəyəm. Bunu şəxsən özüm də gündəmə gətirəcəyəm. Çünki camaat indi iş yerini itirməkdən qorxur, sosial gərginlik bundan yaranır”.

Bu sözləri xanım millət vəkili Elmira Axundova Modern.az saytına açıqlamasında deyib. Deputat bildirib ki, ixtisarlar olanda ilk növbədə pensiyaçılar ora salınmalıdır.

Elmira Axundovanın sözlərinə görə, kadr ixtisarları zamanı gənc kadrlar başqa qurumlardakı vakant yerlərə köçürülə bilər: “İxtisarlarla bağlı mənim təkliflərim var. Bilməliyik ki, dövlət qulluğunda yetərincə vakant yerlər var. Hər üç aydan bir dövlət qulluğuna qəbul imtahanı da keçirilir. Bu müsabiqələrə 200-300 vakant yer çıxarılır. Yaxşı olar ki, ixtisara düşən kadrlar imtahansız, köçürmə qaydasında başqa dövlət orqanlarındajı boş vəzifələrdə yerləşdirilsin. Məncə bu problem olmamalıdır. Əgər bir qurum ləğv olunursa, ona uyğun harada boş yerlər varsa, ora göndərilsinlər”.

E.Axundova deyib ki, dövlət orqanlarıda yetərincə vakant yerlər var.

“Buna sadəcə olaraq siyasi qərar verilməlidir. Mən yaşlıları demirəm, onların pensiyaya çıxanları getsinlər. Amma cavan və yaxşı kadlrlar ixtisara düşməsinlər”.

Elmira Axudova yaşı 100-ü ötmüş ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi üçün xüsusi təqaüd təsis edilməsinin vacibliyini vurğulayıb və məsələni Milli Məclisdə qaldıracağını da söyləyib:

“Mən yaşı 100-dən çox olan vətəndaşlarla bağlı məsələni yenidən və başqa formada qaldıracam. Bu gün Azərbaycanda yaşı 100-ü ötən xeyli uzunömürlü var. Onlar bizim milli sərvətlərimizdir, genefondumuzdur. Mən çox istərdim ki, bu insanlara dövlət qayğısı artırılsın. Onlar xüsusi bir “qırmızı kitab”a salınaraq milli sərvət kimi qorunsun. Onlara fərdi olaraq prezident təqaüdü kimi bir pensiya ayrılsın. Dərman pullarından başqa xüsusi pensiya və imtiyazlar verilsin. Mən məsələni parlamentin yaxın sessiyasının gündəliyinə salınmasına çalışacam. Bu, çox nəcib bir məsələdir. Mən bu məsələni sonuna kimi gedəcəyəm”.

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir