“Hərbi və dövlət qulluqçularının pensiya yaşlarının, staj müddətlərinin daha da dəqiq müəyyənləşdirilməsi məsələsində ortada 2 ideya var. 1-ci ideya odur ki, dövlət qulluqçularının minimum iş stajı 5 il idi. Amma indi onun 15 ilə qaldırlıması fikri ətrafında müzakirələr gedir. 2-ci ideya isə hərbi qulluqçuların da xidmət stajının hesablanması və pensiya yaşının daha dəqiq müəyyən olunması məsələsidir”.
Bu sözləri millət vəkili Hadı Rəcəli Modern.az saytına açıqlamasında deyib.
“Mən son vaxtlar baxıram və müşahidə edirəm ki, insanlar bu məsələlərlə bağlı çox narahatdır. Hətta bəzi dövlət qulluqçuları ərizə yazıb işdən çıxmaq da istəyir. Bu məsələlər hələ açıqdır və müzakirə mövzusudur. Konklret ortada bir qərar və addım yoxdur. Məsələ ondadır ki,dövlət qullquçusu hansısa dövlət orqanında 5-10 il işləyib kifayət qədər pensiya alır. Amma müəllim 40-50 il işləyir, həmin dövlət qulluqçusundan qat-qat az pensiya alır. Burada bu ədalətsizliyi aradan qaldırmalıyıq. Əsas hədəf budur”.
Ağa Akifoğlu