Modern.az

Tibb təhsili alan gənclərimiz yüksək maaşla çalışacaqlar – Türkiyədə

Tibb təhsili alan gənclərimiz yüksək maaşla çalışacaqlar – Türkiyədə

Təhsil

28 Yanvar 2016, 17:25


“Artıq Türkiyədə bu ölkənin vətəndaşı olmayan şəxslərə belə, dövlət işlərində çalışmaq hüququnu verən qanun qəbul edilib. Ona görə də Azərbaycandan Türkiyəyə gedib tibb təhsili alan gənclərimiz kifayət qədər yüksək məvacib verən Türkiyənin özəl xəstəxanaları ilə yanaşı, dövlət xəstəxanalarında da çalışacaqlar”.  

Modern.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Musa Quliyev deyib.  

“Buna görə də getdikcə ölkəmizdən xaricdə gedib təhsil alan gənclərin axınında yavaşlama, say baxımından azalma olacaq. Artıq bundan sonra demək olar ki, Türkiyədə də dövlət xəstəxanalarında işləyəcək həkimlər geri qayıtmayacaq”.  

Həmçinin deputat bildirib ki, ölkədə özəl klinikalarla dövlət xəstəxanaları arasında olan kadrların arasında balans fərqləri dərinləşməkdədir .  

“Artıq dövlət xstəxanaları ilə özəl klinikalar arasındakı kadrların səviyyə və digər fərqləri getdikcə dəyişir. Çünki bu gün dövlət xəstəxanalarında çalışan həkimlər az maaş alduğuna görə əsas diqqətləri özəl klinikalarda olur “.

Ağa Akifoğlu

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir