Modern.az

İlin I yarısında metronun 2 yeni stansiyası istifadəyə veriləcək

 İlin I yarısında metronun 2 yeni stansiyası istifadəyə veriləcək

Təhsil

28 Yanvar 2016, 20:21

 

Bakı Metropoliteninin tikilməkdə olan “Avtovağzal” və “Memar Əcəmi 2” stansiyaları 2016-cı ilin birinci yarısında sərnişinlərin istifadəsinə veriləcək.   Modern.az saytı xəbər verir ki, bunu Azərtac-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hazırda hər iki stansiyada avadanlıqlar quraşdırılır və abadlıq işləri həyata keçirilir.  

N.Paşayev qeyd edib ki, tikinti işləri qrafikə uyğun aparılır: “Hər iki stansiyanın açılışı eyni vaxtda planlaşdırılır. Yenı stansiyalarda fiziki qüsurlu insanların rahatlığı üçün liftlər quraşdırılıb. Rabitə, işarəvermə, elektrik və havalandırma işləri yekunlaşandan sonra stansiyaların açılışını etmək olar”.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir