Modern.az

Azərbaycana "Avroviziya"nı qazandıran prodüser qazax qrupuna rəhbərlik edəcək

Azərbaycana "Avroviziya"nı qazandıran prodüser qazax qrupuna rəhbərlik edəcək

Təhsil

29 Yanvar 2016, 11:53

Qazaxıstanda yeni yaradılan və 3 qızdan ibarət “Turkiss” qrupuna azərbaycanlı İsa Məlikov prodüserlik edəcək.

Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə layihənin rəhbəri Dastan Orazbekov məlumat verib.  

“Biz 500 qız arasında 3 nəfər – Dalida, Aneli və Janarı seçdik. Onların estradaya uyğun çıxış etməsi üçün 10 ay vaxt sərf etdik. Qrup Azərbaycanda çıxış edəcək.

“Turkiss”in prodüseri Avroviziyada Eldar və Nigara qələbə çatdıran məşhur bəstəkar İsa Məlikov olacaq”.

“Turkiss” Kiyevdə klip çəkilişi edib və tezliklə onun təqdimatını keçirəcək.        

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir