Modern.az

İşlətdiyi kafedə narkotik satan azərbaycanlı məhkəmə qarşısına çıxıb

İşlətdiyi kafedə narkotik satan azərbaycanlı məhkəmə qarşısına çıxıb

Təhsil

29 Yanvar 2016, 12:29


Rusiyanın Primorsk diyarında 42 yaşlı azərbaycanlı məhkəmə qarşısına çıxarılıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Vladivostok şəhərinin mərkəzində kafe sahibi olan Hüseyn adlı Azərbaycan vətəndaşı mütəşəkkil cinayətkar dəstənin tərkibində ərazidə narkotik satışı ilə məşğul olub.  

O, 50-200 qramlı heroin dozalarının satışı ilə məşğul olub. Azərbaycan vətəndaşına qarşı 8 epizod üzrə cinayət işi açılıb.

Təqsiri sübuta yetirilərsə, Hüseyni 20 ilə qədər həbs gözləyir. Proses Vladivostokun Pervoreçenski məhkəməsində keçiriləcək.   1974-cü il təvəllüdlü Azərbaycan vətəndaşı bundan əvvəl, fırıldaqçılıq və narkotik satışı ilə məşğul olduğuna görə 7 il həbs yatıb.  

Vüqar İsmayılov 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir