Modern.az

Deputatla general naziri təkzib etdi: Azərbaycan 4 milyardlıq borc götürəcək

Deputatla general naziri təkzib etdi: Azərbaycan 4 milyardlıq borc götürəcək

Təhsil

29 Yanvar 2016, 14:04


Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 milyard ABŞ dolları həcmində kredit cəlb edilməsi ilə bağlı danışıqlar aparır.

Modern.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
Komitə sədrinin sözlərinə görə, hazırda bununla bağlı hökümətlə qurum rəsmiləri arasında danışıqlar gedir, nəticələr yaxın vaxtlarda məlum olacaq.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev də Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 milyard ABŞ dolları həcmində kreditin cəlb edilməsi ilə bağlı danışıqlar apardığını təsdiq edib.

Maliyyə naziri Samir Şərifov isə ötən gün verdiyi açıqlamada Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından kredit cəlb etmək niyyətində olmadığını bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir