Bu gün Azərbaycan Sindo-ryu və Pencak silat Federasiyasının İdarə Heyətinin iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda Malaziyanın Kuala Lunpur şəhərində keçirilən Dünya çempionatında Federasiyanın üzvü, Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Olimpiya Mərkəzinin təmsilçisi İlyas Hünbətlinin böyük uğura imza ataraq 2-ci yeri tutmasının ciddi qalibiyyət olduğu bildirilib.
Sonra isə Federasiyanın qarşısında duran vəzifələr müzakirə edilib. Federasiyanın böyük potensiala malik olsa da, bir çox hallarda lazımi təşkilatçılıq işlərinin yerinə yetirilmədiyi qyd olunub. Bunun üçün tezliklə buraxılan səhvlərin aradan qaldırılması, ölkə Prezidenti cənab İlham Əliyevin idmançılar qarşısında qoyduğu vəzifənin məsuliyyətlə yerinə yetirilməsi və müvafiq işlərin həyata keçirilməsi üçün qərarlar qəbul edilib. Bunun üçün ilk növbədə İdarə heyətinin tərkibi məsələsinə baxılıb və o yenidən təşkil edilib.Keçirilən səsvermədən sonra İdarə Heyətinin 11 nəfərdən ibarət olması barədə qərar verilib.
Respublikamızın ictimai həyatında tanınan və kifayət qədər nüfuza malik Abbas Hünbətli, Səbuhi Rəcəb, Oruc Məmmədli, Ceyhun Əsgərov, Yarməmməd Qədirov, Samir İsmayılov, Seymur Xəliliov, Söhrab Nəbiyev, Həbib Zərbəliyev, Mütəllim Rəhimov və Natiq Həsənov İdarə Heyətinin üzvləri seçiliblər. İdarə Heyəti həmçinin Federasiyasinin prezidenti secilənədək bu səlahiyyətləri Səbuhi Rəcəbin icra etməsi barədə qərar qəbul edib.
Tədbir haqqında məlumat verən Federasiyanın vitse-prezidenti Abbas Hünbətli bildirib ki, İdarə Heyətinin hər bir üzvünün üzərinə konkret vəzifə qoyulub.
“Bu da bizə ümid verir ki, yaxın gələcəkdə fəaliyyətimizdə ciddi dəyişikliklər edək və Federasiya prezidentinin seçkiləri üçün Ümumi Yığıncaq keçirək. Bunda sonra isə əsas hədəfimiz 2017-ci ildə ölkəmizdə keçiriləcək islam ölkələri idman oyunlarına hazırlaşmaq olacaq” – Abbas Hünbətli deyib.
Modern.az