Modern.az

Bakıdan Barselonaya hava reysləri bərpa olunacaq

Bakıdan Barselonaya hava reysləri bərpa olunacaq

29 Yanvar 2016, 15:04


“Azərbaycan Hava Yolları” (AZAL) 18 iyun 2016-cı il tarixindən etibarən Bakıdan Barselonaya müntəzəm reysləri bərpa edir.

Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı-Barselona-Bakı marşrutu üzrə birbaşa uçuşlar hər həftənin şənbə günləri yerinə yetiriləcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 07:00-da, El-Prat Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:45-də. Barselonadan uçuş - yerli vaxtla saat 11:00-da, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə - Bakı vaxtı ilə saat 19:10-da. Bakı-Barselona-Bakı marşrutu üzrə aviabiletin qiyməti 381 avrodan başlayır.   Barselona – İspaniyanın muxtar vilayəti Kataloniyanın paytaxtı və böyük dəniz limanlarından biridir. Barselonada Avropa rahatlığı və aktiv şəhər həyatı, zəngin infrastruktur və mədəni təmtəraq bir-biri ilə uzlaşır.  

Bakı-Barselona-Bakı reysi biznes və ekonom salonlu müasir, komfortlu Airbus A319 laynerləri ilə həyata keçiriləcək.  

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar.

Proqram haqqında məlumatı bu linkdə əldə etmək olar //www.azal.az/az/azal-miles.  

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz:   (+99412) 598-88-80 *8880 e-mail: [email protected]  

Aytən ZƏHRA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza