Modern.az

78 yaşlı Kamil Cəlilov: “Hədiyyəni neynirəm, mənə diqqət lazımdır”

78 yaşlı Kamil Cəlilov: “Hədiyyəni neynirəm, mənə diqqət lazımdır”

Təhsil

29 Yanvar 2016, 15:00

 

Azərbaycanın məşhur qaboy ifaçısı Kamil Cəlilovun bu gün doğum günüdür. 1938-ci il yanvarın 29-da Buzovna kəndində dünyaya gələn K.Cəlilovun 78 yaşı tamam olub.

Kamil Cəlilov Modern.az saytına açıqlamasında hazırda evdə ad gününü ailəsi, övladları, nəvələri və yaxınları ilə birlikdə qeyd etdiyini deyib. O, özünü yaxşı hiss etdiyini və gün ərzində müxtəlif insanalrdan çoxlu təbriklər aldığını vurğulayıb.

“Hazırda ailəmlə evdə ad günümü qeyd edirəm. Televiziyalardan məni təbrik edənlər oldu, eyni zamanda, gün ərzində dostlarım mənimlə əlaqə saxlayıb, ad günümü təbrik etdilər”. Hədiyyə almağa gəlincə qaboy ustası özünün ən böyük hədiyyə olduğunu qeyd edib.

“Hədiyyəni neynirəm, özüm ən böyük hədiyyəyəm. Mənə diqqət lazımdır və insanların adi sözlə təbrikləri mənə hədiyyədən artqıdır. Bu mənim üçün hər şeydən artıqdır”.

Qeyd edək ki, uşaqlığı Buzovna kəndində keçən Kamil Cəlilov orta təhsilini Bakıdakı 176 saylı məktəbdə alıb. Eyni zamanda 1 saylı musiqi məktəbində oxuyub.

Asəf Zeynallı adına Musiqi Məktəbini və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşanağaraçı, sonra qarmonçu olub.

Onun balaban ilə çaldığı melodiya Voyager qızıl plastinkasına daxil olub. K.Cəlilov "Şöhrət" ordeni ilə təltif olunub.

Aytən ZƏHRA

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir