Modern.az

SOCAR Gürcüstana verdiyi qazın həcmini artırır

SOCAR Gürcüstana verdiyi qazın həcmini artırır

Təhsil

29 Yanvar 2016, 13:45


SOCAR qış dövründə Gürcüstana qaz tədarükü minimum 50 milyon kubmetr artırılacaq. Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, SOCAR Gürcüstana təbii qaz tədarükünün optimallaşdırılması məqsədilə Gürcüstan tərəfinin müraciəti əsasında “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri konsorsiumlarının iştirakçıları ilə danışıqlar aparıb.

“Şahdəniz” yatağından Gürcüstana qaz ixracı haqqında müvafiq müqavilələrdə müəyyən olunmuş mövsümlə bağlı məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsi barədə razılıq əldə edib.

Razılığa əsasən qış dövründə Gürcüstana qaz tədarükü minimum 50 milyon kubmetr artırılacaq. Gürcüstan tərəfinin müraciətinin dəstəklənməsi Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq münasibətlərinin mövcudluğunu bir daha sübut edir və qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də möhkəmləndirilməsi və inkişafı üçün əsas yaradır.

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir