“Fevral ayının sonunda magistraturaya qəbul imtahanının 1-ci mərhələsi üzrə online sınaq imtahanının keçirilməsi nəzərdə tutulur”.
Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib. Bildirilib ki, magistratura imtahanın 1-ci mərhələsinin mart ayının 6-da keçirilməsi planlaşdırılır.
“Sənəd qəbulu isə fevral ayının ortalarında aparılacaq. Magistraturanın 2-ci mərhələsinin mayın sonu iyunun əvvələrində keçirilməsi planlaşdırılır”.
Qurumdan həmçinin qeyd edilib ki, ali təhsil müəssisələrinin bakalvr pilləsinə qəbul üçün hazırlaşan abituriyentlər üçün sınaq imtahanlarının keçirilməsi aprel ayına planlaşdırılır.
“Mart ayında TQDK-nın saytında sınaq imtahanları səhifəsində imtahanlara yazılış və ödəmə kartları barədə ətraflı məlumat yerləşdiriləcək. 2016-cı il üçün keçiriləcək tədbirlərin cədvəli rəsmi olaraq təsdiq edildikdən sonra fevral ayı ərzində internet səhifəmizdə yerləşdiriləcək”.
TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsi barədə xəbərlərə gəlincə qurumdan bildirilib ki, bu haqda bu mövzuda dövlət başçısı tərəfindən heç bir rəsmi qərar qəbul olunmayıb”.
Aytən ZƏHRA