Deputatlar Musa Quliyevlə Sevinc Hüseynova yenidən Milli Məclisin Əmək və sosial siyasət komitəsinə qayıdırlar.
Modern.az xəbər verir ki, parlamentin reqlamentinə edilmiş son dəyişiklikdən sonra bir deputatın iki komitədə üzv olması mümkünləşib.Buna görə də hazırda Səhiyyə komitəsinin üzvü olan Musa Quliyevlə Sevinc Hüseynova ikinci komitədə, yəni əvvəllər üzv olduqları Əmək və sosial siyasət komitəsində də fəaliyyətlərini davam etdirəcəklər.
Bu, hər iki deputatın özünün istəyi ilə baş verib. Eyni zamanda, əvvəllər Əmək və sosial siyasət komitəsinin, hazırda isə Səhiyyə komitəsinin üzvü olan Məlahət İbrahimqızı isə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində fəaliyyət göstərəcək.
Bu haqda Məlahət İbrahimqızı özü məlumat verib.
Ağa AKİFOĞLU