Modern.az

“11 nəfər həlak olub, 19 nəfər itkin düşüb” - SOCAR

  “11 nəfər həlak olub, 19 nəfər itkin düşüb” - SOCAR

29 Yanvar 2016, 21:14

 

SOCAR 4 dekabr 2015-ci il tarixində “Günəşli” və “Neft Daşları” yataqlarında baş vermiş qəza haqqında məlumat yayıb. Modern.az saytı SOCAR-a istinadən xəbər verir ki, məlumatda 4 dekabr 2015-ci il tarixində “Günəşli” yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 29 yanvar 2016-cı il tarixə olan vəziyyətə əsasən 33 nəfər xilas olub, 11 nəfər həlak olub və 19 nəfər itkin düşüb.  

Eyni zamanda həmin gün Neft Daşlarında baş vermiş qəza nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 3 nəfər işçisi itkin düşüb.  

“Günəşli” yatağından təxliyə edilmiş işçilərə lazımi tibbi yardım göstərılib, bir nəfər isə - Ələkbərov Bəxtiyar Söhrab oğlu yanıq xəsərəti ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza