Modern.az

ARDNF-in icraçı direktoru BVF rəsmiləri ilə görüşüb

 ARDNF-in icraçı direktoru BVF rəsmiləri ilə görüşüb

29 Yanvar 2016, 21:34

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovla Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti arasında görüş keçirilib. Fonddan Modern.az saytına verilən məlumata görə, görüşdə ilk əvvəl xarici və daxili mediada gedən məlumata aydınlıq gətirilib, Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumları ilə hər hansı təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.

Azərbaycanın kifayət qədər valyuta ehtiyatlarının olması və ölkənin makroiqtisadi vəziyyətinin sabit və dayanıqlı olması vurğulanıb.

Görüş zamanı tərəflər arasında Azərbaycan Respublikası Prezidenti tərəfindən irəli sürülmüş iqtisadi strategiya çərçivəsində Azərbaycanın yeni iqtisadi inkişaf modelinə keçidi, bu sahədə Azərbaycan ilə BVF arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza