Bu gün saat 15.00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhəddində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub. Modern.az saytı Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, şəhid olan əsgərimiz Səfərov Nahid Fikrət oğludur.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə bu kimi təxribatın törədilməsi üçüncü tərəfin münaqişəyə cəlb edilməsi məqsədini daşıyır. Narahatçılıq doğuran həm də odur ki, hər dəfə beynəlxalq qurumlar yalnız erməni tərəfi itki verdikdə hadisəyə reaksiya göstərir.
Bildiririk ki, Silahlı Qüvvələrimiz tərəfindən cavab tədbirləri görüləcəkdir.
Modern.az