“Biz zərif cinsi məhkəməyə vermirik. Biz lazım olanlarla vuruşuruq. O, xanımdır, məhkəməyə vermək olmaz”.
Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Modern.az-a açıqlamasında xalq artisti Aygün Kazımovanın onun barəsində səsləndirdiyi qeyri-etik fikirlərə görə məhkəməyə müraciət edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən söyləyib.
Hafiz Hacıyev bu barədə danışmağın artıq lazım olmadığını da bildirib:
“Bu mövzuda nə qədər danışmaq olar axı. Xahiş edirəm daha bununla bağlı məndən nəsə soruşmayın”.
Partiya sədri söyləyib ki, Aygün Kazımova nə deyirsə, qoy desin, yenə də onu bağışlayır:
“Aygün nə deyir, qoy desin. Biz onu bağışlayırıq. Görünür ki, Aygün içkili olub və nə danışdığını bilməyib, elə sözləri deyib”.
Qeyd edək ki, xalq artisti Aygün Kazımova Hafiz Hacıyevin onun barəsində söylədiyi fikirlərə cavab olaraq təhqiramiz ifadələr işlədib: "Hafiz Hacıyev, sənin arvadının yatdığı kişi ilə müqayisədə mən əsl kişi ilə yatıram. Hafiz Hacıyevə kişi lazımdır? O yaxşı bilir, əsl kişilər harada olurlar".
Xalq artistinin siyasətçiyə belə cavab verməsinə səbəb isə H.Hacıyevin A.Kazımovanın ünvanına səsləndirdiyi bu xoşagəlməz fikirlər olub: "Aygünü kim "saxlayır", kim arxasında durursa, jurnalistlər onu axtarıb tapmalı və ona deməlidirlər ki, Aygünün ipini yığsın. Üzr istəyirəm, o, kimlə yatırsa, onu axtarıb tapın. Deyin ki, sevgilini ayağına bağla. Aygünün adını çəkməyə dəyməz, onun adını çəkəndə utanıram".
Ağa AKİFOĞLU