Türkiyənin Egey dənizi sahillərində Yunanıstanın Lesbos adasına istiqamətlənən miqrant gəmisi batıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 5-i uşaq olmaqla 10 nəfər həlak olub, 43 miqrant isə sahil qüvvələrinin köməyi ilə xilas edilib. Hadisənin Ayvacık şəhəri yaxınlığında baş verdiyi bildirilir.
Beynəlxalq Miqrasiya Xidmətinin məlumatına görə, 2015-ci ildə 847 min qaçqın dəniz yolu ilə Yunanıstan sahillərinə keçməyə çalışıb. Onlardan 800 nəfəri dənizdə batıb. Qış aylarında miqrasiya təhlükəsinin daha da artdığı bildirilir.
Vüqar İsmayılov