Bəşər Əsəd qüvvələrinin və Hizbullah qruplaşmasının aylardır ki, mühasirədə saxladığı Madayya şəhərində 16 nəfər aclıqdan ölüb, 33 nəfər isə kritik vəziyyətdə xəstəxanalara yerləşdirilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Sərhədsiz Reportyorlar” təşkilatı məlumat yayıb. Təşkilat xəbər verir ki, bu ölüm faktları yanvarın ortalarında Madayyaya humanitar yardım çatdırıldıqdan sonra baş verib.
“Sərhədsiz Reportyorlar” bildirir ki, ümumlikdə, 320 şəhər sakini aclıqdan əziyyət çəkib, 33 nəfərin durumunun isə xüsusi ilə ağır olub.
Suriyada hökumət qüvvələri və müxalifət arasında mühasirəyə alınmış 1,5-2 milyon sivil suriyalının olduğu bildirilir. Onların əksəriyyəti tibbi yardım və təmiz içməli sudan məhrum ağır vəziyyətdə yaşayır.
Madayya şəhəri Azad Suriya Ordusunun nəzarəti altındadır və 2015-ci ilin iyunundan Əsəd qoşunlarının mühasirəsindədir.
Vüqar İsmayılov