Amerika tennisçisi Serena Uilyams Avstraliya Açıq Çempionatının finalında məğlub olub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Uilyams finalda almaniyalı tennisçi Angelina Kerberə 6:4, 3:6 və 6:4 hesabı ilə məğlub olub. Dünya reytinqində 7-ci olan Kerber karyerasında ilk dəfə Böyük Dəbilqə seriyasının finalına çıxmışdı.
34 yaşlı Serena Uilyams bundan əvvəl 6 dəfə dalbadal Avstraliya Açıq Çempionatının qalibi olub. Əgər bu dəfə də o, qələbə qazana bilsəydi, onda əfsanəvi alman tennisçisi Şteffi Qrafın rekordunu təzələmiş olacaqdı .
Angelina Kerber
Vüqar İsmayılov