Yanvarın 30-da Dövlət Gömrük Komitəsində (DGK) 2015-ci ilin yekunları ilə bağlı kollegiya iclası və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş mərasim keçirilib.
Modern.az xəbər verir ki, iclasda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev xatırladıb ki, bu gün müstəqil Azərbaycan Respublikasında gömrük orqanlarının yaradılmasının 24-cü ildönümü tamam olur.
Mərasimdə hesabat məruzəsi ilə çıxış edən komitə sədrinin birinci müavini Səfər Mehdiyev məlumat verib ki, 2015-ci il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin olunub. İl ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 1 milyard 590 milyon manat proqnoza qarşı, faktiki olaraq 1 milyard 591,91 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 100,12 faiz yerinə yetirilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 81,1 milyon manat və ya 5,4 faiz çoxdur.
2015-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində9206 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan574-ü cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri2 milyon 163 min 100 manatdançox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 633 nəfərin barəsində müvafiq tədbirlər görülüb.
Gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən görülmüş qətiyyətli tədbirlər nəticəsində 2015-ci il ərzindənarkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar213 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə91 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
S.Mehdiyev bildirib ki, Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verilir, bu məqsədlə vaxtaşırı olaraq gömrük orqanlarında iş adamları ilə görüşlər keçirilir, ölkədə baş verən iqtisadi proseslər, idxal-ixrac əməliyyatlarının vəziyyəti barədə həm sahibkarlar məlumatlandırılır, həm də onların fikirləri öyrənilir və təklifləri dəyərləndirilir. Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilir, e-hökumət portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təklif etdiyi xidmətlərin sayı artırılır.
Sonra Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov, DGK İstintaq İdarəsinin rəisi Ülvi Zülfüqarov, Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov çıxış edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.
Daha sonra DGK sədrinin müavini Şahin Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2016-cı il üçün iş planı barədə məlumat verib və sənəd təsdiq olunub.
Çıxışlardan sonra Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Ümümdünya Gömrük Təşkilatının sertifikatları təqdim edilib, eləcə də fəxri fərmanlar, xüsusi rütbələr verilməsi haqqında DGK sədrinin müvafiq əmrləri dinlənilib.
Tədbirə yekun vuran DGK sədri Aydın Əliyev vurğulayıb ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyi və onun çoxsaylı kollektivi bundan sonra da müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması işində yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını əsirgəməyəcək.
Mərasimin sonunda isə yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Modern.az