Modern.az

Meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşib

  Meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşib

Təhsil

30 Yanvar 2016, 20:36

 

Xəzərin Türkmənistan sahillərində meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşib. Modern.az sayt xəbər verir ki, bu, 1973-cü il təvəllüdlü Şahmarov Sahib Güloğlan oğludur.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarovun meyiti yaxın saatlarda vətənə gətiriləcəkdir.  

Qeyd edək ki, Xəzər dənizindəki "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən neftçilərdən daha birinin meyiti tapılıb. Belə ki, yanvarın 29-da axşam saatlarında Xəzər dənizinin Türkmənistan sektorunda cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə diplomatik kanallarla məlumat verilib. Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilib.

Xatirladaq ki, dekabrın 4-də "Günəşli" yatağının 10 saylı özülündə baş verən qəza nəticəsində 12 nəfər həlak olub, 18 nəfər isə hazırda itkin düşmüş sayılır.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza