Rusiya Hava Qüvvələrinə məxsus SU-34 təyyarəsinin Türkiyə hava məkanını pozub. Modern.az saytı Turkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, insidentlə əlaqədar Rusiyanın Türkiyədəki səfiri Türkiyə XİN-nə çağırılıb. “Türkiyə hava məkanının pozulmasına görə ortaya çıxa biləcək arzuolunmaz hallara görə məsuliyyət tamamilə Rusiya üzərinə düşəcək”, deyə Türkiyə XİN-in məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki Türkiyə hava məkanını pozan Rusiya təyyarəsinin heyətinə rus və ingilis dilində dəfələrlə xəbərdarlıq edilib.
Modern.az