Modern.az

Meyiti tapılan neftçi Qarabağ döyüşçüsü olub -Fotolar

 Meyiti tapılan neftçi Qarabağ döyüşçüsü olub -Fotolar

Təhsil

31 Yanvar 2016, 01:22

 

Xəzərin Türkmənistan sahillərində meyiti tapılan Sahib Şahmarov Qarabağ döyüşçüsü olub. Modern.az saytı xəbər verir ki, bu, 1973-cü il təvəllüdlü Şahmarov Sahib Güloğlan oğlu Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə yollanıb. Ağdam, Şuşa, Laçın, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlərin birində güllə yarası alıb, ayağını dəlib keçən qəlpə dizində böyük deşik yaradıb. Buna bamayaraq, qısa müddətli müalicədən sonra yenidən ön cəbhəyə yollanıb. "Döyüşdə göstərdiyi şücaətə görə" müxtəlif mükafatlara layiq görülüb.

Qeyd edək ki, Sahib Şahmarovun 11 yaşlı Məhəmməd adlı oğlu və 10 yaşlı Məsumə adlı qızı var.

Allah rəhmət eləsin.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?