Bu gün Milli.az internet portalının 6 yaşı tamam olur. Portal bu müddət ərzində Azərbaycanın ən çox oxunan internet resursları sırasına daxil olub.
Milli.az kollektivi yaxın zamanlarda istifadəçilərinə ən son dünya tendensiyalarına uyğun tamamilə yeni layihə təqdim edib.
"İlk günündən səhih və dəqiq xəbərlər, baş verən hadisələrə mütəxəssis və ekspertlərin rəyləri, obyektiv informasiyalar vermək yolunu seçmiş Milli.az-ın oxucularının sayı fasiləsiz artmaqdadır. Artıq stabil hal almış bu artım Milli.az internet portalındakı kontent, informasiya və xəbərlərə olan tələbatla bağlıdır. Milli.az internet portalının oxucu auditoriyasının stabil artımı həm də portal yaranandan sonra aparılan təkmilləşmə və inkişaf işlərinin məntiqi nəticəsi sayıla bilər"-deyə redaksiyadan bildirilib.
Ciddi veb-resurs üçün qısa zaman sayıla biləcək altı il ərzində Milli.az bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.
Fəaliyyəti baş verən hadisələrlə bağlı oxucuları obyektiv, sürətli və ən başlıcası, vaxtında məlumatlandırmaqla yanaşı, Azərbaycanın informasiya məkanı ilə yanaşı, ümumi inkişafına xidmətdir.
Modern.az saytı Milli.az-ın kollektivini təbrik edir, onlara böyük uğurlar arzulayır.