“Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti haqqında deyilənlər həqiqəti əks etdirmir”. Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.
O deyib ki, bir deputatın səs verməməsi heç nəyi dəyişmir və məsələyə təsir göstərmir.Qeyd edək ki, AŞPA-nın qış sessiyasında Robert Uolterin “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması” məruzəsi qəbul edilməyib.
Məlumata görə, Türkiyədən olan nümayəndə heyətindən bəziləri səsvermədə iştirak etməyib.
Modern.az