Modern.az

Məlahət İbrahimqızı işsizlərin problemini parlamentdə qaldırdı

Məlahət İbrahimqızı işsizlərin problemini parlamentdə qaldırdı

1 Fevral 2016, 14:40


Deputat Məlahət İbrahimqızı Milli Məclisin bugünkü iclasında son günlər neftin qiymətinin aşağı düşməsi və manatın devalvasiyası ilə əlaqədar bir sıra qanunlara dəyişik edilməsi təklifini irəli sürüb. Modern.az xəbər verir ki, deputat “Məşğulluq haqqında” Qanunda dəyişikliyin vacibliyini də bildirib.

“Çünki bu gün Azərbaycanın bütün rayonlarında məşğulluq idarələri var və vakant yerlər bu idarələrdə olur. Çox təəssüf ki, son günlər gedən proseslərlə əlaqədar işsiz qalan insanlar bizə müraciət edir ki, məşğulluq idarələri vakant yerlərə göndərdikləri insanları heç bir səbəb olmadan işə götürmürlər. Son günlər rastlaşdığım 2-3 hadisə bunu deməyə əsas verir. Bağban vəzifəsinə, maaşı 110 manat olan işə götürməkdən imtina edirlər. Çox kiçik maaşı olan işçilərdən imtina edirlər. Məşğulluq idarələrinin də haqlı narazılıqları var ki, mexanizm olmadığı üçün yüzlərlə vakansiya olduğu halda işlə təmin edilənlər cüzi faiz təşkil edir. Ona görə də “Məşğulluq haqqında” Qanuna düzəlişlərin olmasına ehtiyac var”.

Deputat həmçinin əczaçılıq fəaliyyəti barədə də danışıb.

“Azərbaycanda “Dərman və dərman vasitələri haqqında” Qanun var, amma əczaçılıq sənayesi və farmakoloji xidmət haqqında qanun yoxdur. Yaxın vaxtlarda əczaçılıq sənayesinin daha da təkmilləşdirilməsi ilə bağlı böyük işlər görüləcək, elə bu gündən qanunun hazırlanması gündəliyə salınsa, yaxşı olardı.
Eyni zamanda mərkəzi oqanların - nazirlərin və komitələrin yerli təşkilatlarına bəzi səlahiyyətlərin verilməsi çox yaxşı olardı. Çünki bəzən nazirliyin bölgələrdəki hansısa qurumunun adi xadimə işə götürməyə səlahiyyəti yoxdur. Eləcə də bu, bələdiyyələrə aiddir. Bələdiyyələrdə məişət tullantılarının təmizlənməsi ilə bağlı vakant yerə işçi götürə bilmirlər.
İşsizliklə bağlı yaranmış vəziyyəti nəzərə alıb, mərkəzi orqanların, nazirliklər və komitələrin rayonlarda olan qurumlarının səlahiyyətləri genişləndirilsin”.

Aytən Zəhra

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza